Məşqçi ölümlə hədələnir

04.07.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Hon Myon Bo artıq Koreya yığmasını çalışdırmır. O, baş məşqçi vəzifəsini tərk edib.

"Football-plus.az" xəbər verir ki, Koreya DÇ-2026-da Meksika (0:1) və Cənubi Afrikaya (0:1) uduzub, Çexiyanı 2:1 hesabı ilə məğlub etsə də, 3 xalla pley-offa vəsiqə qazana bilməyib.
Diqqəti cəlb edən fakt təcrübəli mütəxəssisin DÇ-2026-dakı uğursuzluqdan sonra çoxsaylı ölüm təhdidləri almasıdı. İngiltərədə çıxan “The Sun” qəzetinin məlumatına görə, bu səbəbdən milli komandanın vətənə qayıdışı zamanı hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və əlavə polis qüvvələri cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью