Məşqçilər üçün seminar və imtahan təşkil ediləcək

31.08.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Basketbol Federasiyası B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək.

Apasport.az xəbər verir ki, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq.

Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsinə malik mütəxəssislərin isə B kateqoriyasına yüksəlməsi üçün nəzərdə tutulub. Sentyabrın 12-də məşqçilik seminarı, ertəsi gün isə yazılı və praktiki imtahanlar keçiriləcək.

2026/2027 mövsümü üçün qüvvədə olan yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, həmçinin ABF bayrağı altında keçirilən yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyası tələb olunur.

ABŞ-li basketbolçu "Gəncə"də “Sabah” ilk yoxlama matçını keçirib ABŞ-li basketbolçu "Gəncə"də “Gəncə” üç legionerlə yollarını ayırdı “Gəncə”dən yeni transfer
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью