Məşqdə ata olduğunu öyrəndi

14.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə millisinin üzvü, futbolçu Kerem Aktürkoğlu ilk dəfə ata olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fənərbaxça” futbol klubunun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, məşhur futbolçu övladının dünyaya gəlməsi xəbərini məşq zamanı alıb. Məlumata görə, Aktürkoğlu ilk qız övladına Elif adını verib.

Qeyd edək ki, “Fənərbaxça”nın futbolçusu Kerem Aktürkoğlu həyat yoldaşı Selin Aktürkoğlu ilə keçən il evlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью