Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Fransaya məxsus Reyunyon adasının “Sen-Deni” futbol klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı vəfat edib.
İdman.Biz Fransa mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 11-də komandanın səhər məşqi zamanı baş verib.
Məşq zamanı səhhəti qəfil pisləşən futbolçunun ürəyi dayanıb. Əvvəlcə komanda yoldaşları, daha sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onu həyata qaytarmağa çalışıblar. Lakin müdaxilələr nəticə verməyib.
Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Onsor bu ilin yanvarında “Sen-Deni”yə qoşulub. O, əvvəllər Fransanın “Ruan” klubunda da oynayıb.