Məşqə gecikən futbolçu komanda yoldaşlarına “İphone” alacaq

18.10.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Monako”nun futbolçusu Kristian Mavissa məşqə gecikdiyi üçün cəzalanıb.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin gecikməsi onun üçün baha başa gəlib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, o, klubdakı “cəza çarxını” fırladıb və ona ən pis variant düşüb. Mavissa gecikdiyi üçün komanda yoldaşlarının hər birinə “İphone 16 Pro Max” almalıdır.

“Monako”da əsas komandada 27 futbolçu var. Fransada “İphone 16 Pro Max”ın qiyməti 1000 avrodan başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью