Məşqlərdə cəmi 15 futbolçu iştirak edirdi

11.02.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səbail" Misli premyer-liqasının 22-ci tur matçında "Qarabağ"ın meydanından böyükhesablı məğlubiyyətlə ayrıldı - 0:5.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bölüşdü.
- Beş gün əvvəl kubok matçında "Qarabağ"la qarşılaşmışdıq. Belə komandaya qarşı ardıcıl oyunlar keçirmək çox çətindi. Məşqlərdə cəmi 15 futbolçu iştirak edirdi. Heyətimiz çox kasaddı. Zədəlilərimiz də var idi. Kubok matçı olmasaydı, bu gün 90 dəqiqə ərzində yaxşı oyun göstərə bilərdik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью