Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
İngiltərə Futbol Assosiasiyası (FA) “Sauthempton”un baş məşqçisi Tonda Ekkertlə bağlı “casus qalmaqalı” üzrə araşdırmanı başa çatdırıb.
QOL.az xəbər verir ki, klubun məlumatına görə, 33 yaşlı mütəxəssis 6 həftəlik diskvalifikasiya cəzası alıb. Lakin cəza şərti xarakter daşıyır və 2027/28 mövsümünün sonuna qədər qüvvədədir. Bu səbəbdən Ekkert oyunlar zamanı komandanı idarə edə biləcək. O, həmçinin 33 min avro cərimələnib.
Qeyd edək ki, Ekkert 2025/26 mövsümündə “Midlsbro”, “Oksford Yunayted” və “İpsviç Taun”un məşqlərini izləməyi təşkil etməkdə ittiham olunub. Hadisə ilə bağlı qalmaqal nəticəsində “Sauthempton” may ayında Çempionşipin pley-off finalından kənarlaşdırılıb.