Messi 2025 ci ildə ilk dəfə Argentina yığmasına çağırıldı

17.05.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Argentina milli komandası iyunda keçiriləcək təlim-məşq toplanışı üçün ilkin siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, siyahıda iki ilə yaxındır ki, MLS-in “İnter Mayami” klubunu təmsil edən ulduz hücumçu Lionel Messi də var.
Bu, Messinin 2025-ci ildə Argentina millisinə ilk çağırışıdır. Mart ayında səkkiz dəfə “Qızıl top”un sahibi səhhətində yaranan problemlərə görə millinin təlim-məşq toplanışından kənarda qalmışdı. İyun ayında Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çili (səfər) və Kolumbiya (ev) ilə görüşlər keçirəcək. Eyni zamanda, “Albiselest” artıq dünya çempionatını qoruyacağı mundiala vəsiqə qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью