Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Argentina millisinin və "İnter Mayami"nin üzvü Lionel Messinin ad günüdür.
QOL.az xəbər verir ki, ulduz futbolçunun 39 yaşı tamam olur.
Hücumçu ən böyük şöhrətini və populyarlığını dəfələrlə İspaniya La Liqasını, Çempionlar Liqasını, eləcə də "Qızıl top"u qazandığı "Barselona"da əldə edib.
Messi hazırda davam edən DÇ-2026-da 2 oyuna 5 qol vurub. O, 18 qolla turnirdə bütün zamanların ən çox qol vuran oyunçusudur.
Lionel 10 qat İspaniya çempionu və 7 dəfə İspaniya kubokunun qalibi olub. Forvard "Barselona" ilə 4 dəfə Çempionlar Liqasını və 3 dəfə Klublararası Dünya Kubokunu qazanıb. Həmçinin futbolçu Argentin millisinin heyətində 2021-ci ildə Amerika kubokunun, 2022-ci ildə isə dünya çempionatının qalii olub. O, PSJ ilə 2 dəfə Fransa çempionluğunu, 1 dəfə isə ölkə kubokunu qazanıb.
Messi həm də "Qızıl top"un 7 qat qalibidir ki, bu da dünya futbolunda rekorddur.