Messi 400 məhsuldar ötürmə verən ilk futbolçu oldu

09.11.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə verən ilk oyunçu olub.

Moderator.az xəbər verir ki, Messi bu göstəriciyə MLS çempionatında pley-off mərhələsinin 1/8 finalının üçüncü oyununda "Neşvill"ə qarşı keçirdiyi ev oyununda imza atıb.

Matç ev sahiblərinin xeyrinə başa çatıb - 4:0. Messi bir məhsuldar ötürmədən əlavə iki qol da vurub.

Qeyd edək ki, Messi ən çox məhsuldar ötürməni "Barselona"da edib (269). O, Argentina millisində 60, "İnter Mayami"də 37, PSJ-də isə 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью