Messi 930 cu qolunu vurdu

21.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Messi 930-cu qolunu vurdu

“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasında növbəti əlamətdar göstəriciyə çatıb.

QOL.az xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu MLS-də “San Dieqo” ilə 2:2 hesabı ilə başa çatan görüşdə fərqlənib. Messi matçın 24-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu, onun peşəkar karyerasında keçirdiyi 1176 oyunda vurduğu 930-cu qol olub. Onun karyerası ərzində 424 məhsuldar ötürməsi də var.

Müqayisə üçün, “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kriştiano Ronaldo karyerasında 1337 matçda 979 qol vurub və 261 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью