Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, Mayami klubu “Neşvill”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Lionel Messi oyunda dubl edib. O, ardıcıl 5-ci matçında 2 qol vurub. Ümumilikdə isə Messi turnirdə ardıcıl 6-cı oyundur rəqib qapısına yol tapır.
38 yaşlı hücumçu hazırda 17 qolla çempionatın bombardiridir.
“İnter Mayami” isə 19 oyundan sonra 38 xalla 5-ci sıradadır.