Messi Argentina millisi ilə vidalaşdı

31.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Argentina yığmasının kapitanı, 39 yaşlı hücumçu Lionel Messi milli komandadakı karyerasını bitirdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli hücumçu bu barədə sosial şəbəkə hesabında vida mesajı paylaşıb. Messi müraciətində bu addımı çətinliklə atdığını bildirib:

“Uzun-uzadı düşündükdən sonra milli komandadakı karyerama nöqtə qoyduğumu bildirmək istəyirəm. Bu, mənim üçün çox ağır qərardır, lakin hiss edirəm ki, ayrılmaq üçün ən doğru zamandır. Milli komandada olmaq mənim üçün hər zaman böyük şərəf idi. Meydanda var gücümlə mübarizə apardım, artıq verə biləcəyim başqa bir şey qalmayıb. Arxadan formanı geyinməyə layiq çox istedadlı gənclər gəlir. Bu 20 ildə göstərdiyiniz sevgiyə görə hər kəsə minnətdaram”.

Təcrübəli hücumçu bu qərarı ilk dəfə iyulun 21-də, final matçından iki gün sonra aldığını, atdığı bu addımında tam əminlik yaratdığını vurğulayıb:

“İndi azarkeş kimi yanınızda olacağam. Sizə və komanda yoldaşlarıma unudulmaz anlar yaşatdığım üçün qürur və arxayınlıq hissi ilə ayrılıram”.

Lionel Messi 2005-ci ildən Argentina əsas millisinin formasını geyinib. O, yığma ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Kopa Amerikanın qalibi olub, həmçinin 2022-ci ildə Finalissima kubokunu qazanıb. Messi 2008-ci il Pekin Olimpiadasında da qızıl medala sahib çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью