Messi Argentina millisindən ayrılır

21.07.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Messi Argentina millisindən ayrılır

Argentina millisinin hücumçusu Lionel Messi yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Hernan Kastilyo sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı futbolçu DÇ-2026-nın finalından əvvəl paltardəyişmə otağında komanda yoldaşlarına emosional çıxış edərək İspaniya ilə oyunun onun Argentina millisində son matçı olacağını açıqlayıb.

Qeyd edək ki, Argentina finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Messi turnirdə 8 qol vurub, 4 məhsuldar ötürmə edib. O, həmçinin dünya çempionatları tarixində 20 qol həddini keçən ilk futbolçu olub, yarışın ən yaxşı assistenti və ən çox oyun keçirən futbolçusu rekordunu da yeniləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью