Messi Argentina millisindən gedir? AÇIQLAMA

08.08.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Lionel Messinin milli komandadakı gələcəyi və karyerasını başa vurmaq ehtimalı ilə bağlı açıqlama verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, AFA rəhbəri argentinalı ulduzun milli komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı qərarın yalnız onun özünə aid olduğunu bildirib.

"Bu, sırf onun şəxsi qərarıdır. Biz onu rahat buraxmalıyıq. 2022-ci ildə onun 2026-cı ildə oynayıb-oynamayacağını bilmirdik. O demişdi ki, matçdan-matça irəliləmək lazımdır. Düşünürəm ki, dünya çempionatında biz Leonun əla, hətta ən yaxşı versiyalarından birini gördük", - deyə Tapia bildirib.

AFA rəhbəri Messinin futboldan zövq almağa davam etməsinin vacibliyini vurğulayıb.

"Biz ona futboldan zövq almağa davam etməyə imkan verməliyik. Daha sonra isə ona özü üçün doğru hesab etdiyi qərarı vermək imkanı yaratmalıyıq", - deyə o əlavə edib.

Klaudio Tapia 2026-cı ildə keçirilən dünya çempionatında Lionel Messinin çıxışını da yüksək qiymətləndirib.

O, argentinalı ulduzun turnir ərzində komandanın əsas lideri olduğunu və bir sıra rekordlara imza atdığını bildirib.

"Bu, Leo üçün möhtəşəm dünya çempionatı oldu. Ondan böyük zövq aldıq və özümüzlə fəxr etməliyik. Mən hər anından zövq aldım. Şübhəsiz ki, o, dünya çempionatında bu komandanın lideri idi. Onun çıxışını təhlil etsək, mənim üçün o, ən yaxşı oyunçu idi. O, hər oyunda rekordlar qırdı", - deyə Tapia vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Lionel Messinin Argentina millisində son oyunlarını keçirə biləcəyi və bundan sonra milli komandada çıxışını başa vuracağı barədə xəbərlər yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью