Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Messi Argentinada xüsusi matçda iştirak edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Lionel Messinin də çıxış etdiyi “İnter Mayami” “River Pleyt”lə yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Argentina klubunun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.
Komandalar arasında qarşılaşma 2027-ci il yanvarın 19-da Buenos-Ayresdəki “River Pleyt”in ev stadionu olan “Mas Monumental”da baş tutacaq. Bildirilib ki, bu görüşdə Lionel Messi də meydana çıxacaq.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz futbolçunun klubla müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. O, Florida təmsilçisi ilə MLS Kubokunu, müntəzəm mövsümün qalibi titulunu və Liqalar Kubokunu qazanıb.