Messi Argentinaya qayıtmaqdan imtina etdi

07.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentinalı hücumçu Lionel Messi vətəninə qayıdacağı ilə bağlı yayılan şayiələrə baxmayaraq, “Nyuells Old Boyz” klubuna qısamüddətli icarəyə keçmək variantını nəzərdən keçirmir.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu “İnter Mayami” ilə 2028-ci ilin dekabrına qədər qüvvədə olan müqaviləsini yerinə yetirmək niyyətindədir.

Daha əvvəl Messinin gənclər səviyyəsində çıxış etdiyi Argentina klubuna müvəqqəti qayıda biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin Romano bu xəbərləri təkzib edib.

“Messinin icarəyə verilməsi üçün heç bir şans yoxdur”, - deyə insayder tərəflər arasında danışıqların aparılmadığını vurğulayıb.

Üstəlik, “İnter Mayami”yə yaxın mənbələrin məlumatına görə, argentinalı futbolçu ABŞ klubu ilə müqaviləsini uzatmaq ehtimalını da istisna etmir.

Qeyd edək ki, Messi sonuncu dəfə “Nyu-İnqlend Revolyuşn”la keçirilən və 2:1 hesabı ilə başa çatan matçda 69-cu dəqiqədə Herman Berteramenin vurduğu qolun məhsuldar ötürməsini edib, 83-cü dəqiqədə isə qələbə qolunu vurub.

Bu qələbə sayəsində “İnter Mayami” müntəzəm çempionatın başa çatmasına bir tur qalmış Şərq Konfransında “Nyu-İnqlend”i bir xal qabaqlayaraq ikinci pilləyə yüksəlib. Komanda həmçinin 2027-ci il KONKAKAF Çempionlar Kubokuna birbaşa vəsiqəni təmin edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью