Messi atasını paylaşdı Ronaldo şərh yazdı

12.08.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Argentina millisinin ulduzu Lionel Messi bir neçə gün öncə vəfat edən atası Xorxe Messi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, instaqram hesabında atası ilə fotosunu paylaşıb. 

Messi fotonun üzərinə “te amo, pa” (sevirəm səni, ata) sözlərini yazıb. 

Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da paylaşıma şərh yazıb: “Bu çətin günlərdə sənə və yaxınlarına sevgimi göndərirəm, Leo. Sizə çoxlu güc arzulayıram”.

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью