Messi Avropaya qayıtmaq istəyir Növbədə “Barselona”dır

21.03.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika klubunu tərk edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TNT Sports” telekanalı məlumat yayıb.
Məlumata görə, “Barselona” futbolçunun geri qaytarılması üzərində işləyir.
İspaniya klubunun planı Messinin 2026/2027 mövsümü başlamazdan əvvəl Kataloniya komandasına qayıtmasıdır. Ancaq “Barselona”nın Messinin geri qaytarılması ilə bağlı danışıqları komandanın ağır maliyyə vəziyyəti ilə bağlı çətin keçə bilər.
Qeyd edək ki, 37 yaşlı Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, hazırda futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью