Messi Azərbaycana gəlir

15.11.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur futbolçu Messi dekabrın 10-da Azərbaycana gələcək.

Metbuat.az xəbər verir ki, bu barədə Axar.az-a məlumatlı mənbə bildirib.

Məlumata görə, Messinin Bakıya səfərinin təşkilatçısı tanınmış biznesmen Adnan Əhmədzadədir. Adnan Əhmədzadənin Messi ilə ailəvi yaxın münasibətləri olduğu haqda dəfələrlə mediada məlumat yayılıb.

Qeyd edək ki, COP29 tədbirində iştirak edən Ronaldinyonun da səfərinin təşkilatçısı Ədnan Əhmədzadə idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью