Messi Bakıya gəlib Video

11.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşları Bakıya gəliblər.

Ölkə.Az xatırladır ki, bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Futbolçularla görüşün biletlərini iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью