Messi Bakıya səfəri ilə bağlı paylaşım edib

13.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi Bakıya səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Report" xəbər verir ki, o, paylaşdığı videoda Azərbaycanda gördüyü və gəzdiyi yerləri göstərib.

Qeyd edək ki, əfsanəvi futbolçu dostları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birlikdə Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью