Messi Barselona dan getdiyinə peşmandır?

20.11.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Messi "Barselona"dan getdiyinə peşmandır?

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi sabiq klubu "Barselona" haqda danışıb.

QOL.az xəbər verir ki, 38 yaşlı hücumçunun azarkeşləri "Barselona"da keçirdiyi illər üçün ona təşəkkür ediblər və bu haqda video hazırlayıblar. Messi isə videoya emosional reaksiya verib.

O, bütün karyerasını "Barselona"da keçirməyi arzuladığını da  deyib: "Düzünü desəm, biz yaxşı və pis çox şeyi birlikdə yaşadıq. u qədər uzun karyera üçün normaldır. Hər şey mükəmməl ola bilməz. Əlbəttə ki, çətin anlar da yaşanır.

Ancaq "Barselona" mənim evim, mənim xalqımdır. Mən məmnuniyyətlə bütün karyeramı başqa kluba transfer olmadan "Barselona"da keçirərdim. Mən orada ancaq Avropada oynayardım".

Qeyd edək ki, forvard 2004-2021-ci illərdə La Liqa klubunun formasını geyinib. O, 2021-2023-cü illərdə PSJ-də oynayıb və daha sonra "İnter Mayami"yə keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью