Messi Barselonaya dəvət edilib

21.11.2024

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın 125 illik yubileyinə qatılacaq.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın 125 illik yubileyinə qatılacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb.

Bildirilir ki, Kataloniya prezidenti Joan Laporta Messiyə klubun yaranmasının 125 illiyi şərəfinə keçiriləcək qala gecəsinə şəxsi dəvət göndərib. Qala tədbiri noyabrın 29-da "Liceo" teatrında baş tutacaq.

Hücumçunun dəvəti qəbul etdiyi və axşama qatılmağa hazırlaşdığı vurğulanır.

Xatırladaq ki, argentinalı futbolçu 2003-2021-ci illərdə İspaniya klubunda çıxış edib. Ümumilikdə, bu müddət ərzində o, "Barselona"da 520 oyun keçirib. O, klubla birlikdə 10 La Liqa çempionluğu, 7 Kral Kuboku və 8 ölkə Superkuboku qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью