Messi Baydenin təqdim etdiyi mükafatı almağa getmədi

05.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami"nin  futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən "Azadlıq medalı" ilə təltifedilmə mərasiminə qatılmayıb.

QOL.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Messi Ağ Evdə keçirilən rəsmi tədbirə gedə bilməyib. Argentinalı ulduz futbolçu bunun səbəbini tədbir təşkilatçılarına ünvanladığı məktubda bildirib. O, işinin çoxluğuna görə tədbirə qatılmadığını qeyd edib.

"Azadlıq medalı" ABŞ prezidenti tərəfindən təqdim edilən ən yüksək mülki mükafatdır. Medal Amerika Birləşmiş Ştatlarının çiçəklənməsinə, dünya sülhünə və ya digər əhəmiyyətli ictimai və ya özəl səylərə görkəmli töhfələr vermiş şəxslərə təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью