Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əfsanəvi argentinalı futbolçu Lionel Messi İspaniyanın “CD Eldense” klubunu almağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, klubun səhmlərinin 100 faizinin alınması ilə bağlı proses artıq yekun mərhələyə çatıb. Razılaşma bundan bir həftə əvvəl klubun alınması ilə bağlı şifahi razılığın əldə edildiyi barədə məlumatların yayılmasından sonra imzalanıb.
Qeyd edək ki, “CD Eldense” İspaniyanın ikinci divizionunda çıxış edir.
Messi hazırda idman biznesini inkişaf etdirmək məqsədilə özünə məxsus futbol klubları şəbəkəsi formalaşdırmağa başlayıb.
Klubun Messi adına rəsmiləşdirilməsi üçün sövdələşmənin İspaniya Milli İdman Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Yalnız bundan sonra klubun argentinalı futbolçunun adına keçirilməsi mümkün olacaq.