Messi bu klubun 500 milyon avroluq təklifini belə rədd edib

18.09.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnter”in keçmiş prezidenti Massimo Moratti 2012-ci ildə Lionel Messini transfer etmək üçün klubun etdiyi 500 milyon avroluq təklifin təfərrüatlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Moratti bu barədə “Sport”a danışarkən həmin vaxt Messi üçün “dəli bir iş” gördüyünü bildirib.

“2012-ci ildə dəli bir iş gördüm. Messiyə 500 milyon avro təklif etdim. Həmin il üçün bu rəqəm dəlilik idi. Danışıqlar aparmaq üçün vitse-prezidenti Barselonaya göndərdim”, - deyə Moratti bildirib.

Lakin nəhəng məbləğ belə argentinalı ulduzun fikrini dəyişməyib. Morattinin sözlərinə görə, Messi “İnter”in göndərdiyi məktubu hətta açmayıb və təklifin məbləğini bilmədən onu rədd edib.

“Messi məktubu belə açmadı və təklifin məbləğini bilmədi. Detalları öyrənmədən rədd etdi. O, bütün karyerası ərzində başqa kluba satılmayacaq bir futbolçu olduğunu düşünürdü”, - keçmiş “İnter” rəhbəri deyib.

Moratti daha sonra Messi ilə şəxsən əlaqə saxlaya bildiyini və argentinalı futbolçunun ona qəti cavab verdiyini bildirib:

“Mənə göstərdiyiniz marağı yüksək qiymətləndirirəm, amma karyeramı Barselonada başa vurmaq istəyirəm”.

Moratti əlavə edib ki, Messinin “Barselona”da qalmaq istədiyini bilirdi, lakin onu pulla cəlb etməyə çalışıb:

“Mən vəziyyətin necə olduğunu bilirdim, amma bəlkə də pulla onu cəlb edə biləcəyimi düşündüm. Bu isə alınmadı”.

Qeyd edık ki, Messi 2012-ci ildə “Barselona”nın əsas ulduzu idi. Həmin il ərzində 91 qol vuraraq futbol tarixinin ən məhsuldar təqvim illərindən birini keçirmişdi. O, “Barselona”dan yalnız 2021-ci ildə ayrılaraq PSJ-yə keçib, daha sonra isə karyerasını “İnter Mayami”də davam etdirib.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью