Messi bu mükafatı qazanan ilk İnter Mayamili oldu VİDEO

06.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü ildə MLS-də ilin ən yaxşı oyunçusu seçilib. 

Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. 

Beləliklə, 37 yaşlı futbolçu kolleksiyasına daha bir qənimət - Lendon Donovanın adını daşıyan mükafat əlavə edib.

Əfsanəvi argentinalı futbolçu "İnter Mayami"nin tarixində bu mükafatı alan ilk oyunçu olub. Ona görə də Amerika klubu Messiyə emosional video həsr edərək, onu sosial şəbəkələrdə yerləşdirib.

Xatırladaq ki, Messi bu mövsüm "İnter Mayami"nin heyətində 22 matçda 21 qol vurub və 17 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью