Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde üzərində qazanılan 3:2-lik qələbədən sonra rəqib haqqında danışıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu pley-off mərhələsində zəif rəqibin olmadığını vurğulayıb.
“Pley-offda asan rəqib olmur. Kabo-Verdenin İspaniya və Uruqvaya qarşı necə oynadığını görmüşdük. Bəzən insanlar digər komandaları kiçik hesab edirlər. Amma bu görüşün çətin keçəcəyini bilirdik. Qələbə qazanmağımız sevindiricidir, lakin bu matçdan çıxarmalı olduğumuz çox dərs var”, - deyə Messi bildirib.
Qeyd edək ki, Argentina 1/8 finalda Misir millisi ilə qarşılaşacaq.
UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı "Bavariya"dan növbəti transfer - RƏSMİ “Əl-Nəsr” yeni baş məşqçisini açıqladı - Postekoğlu ilə müqavilə imzalandı Natan Ake rəsmən ”FƏNƏRBAXÇA”DA