Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin kapitanı Lionel Messi Honduras yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul məlumat yayıb. 38 yaşlı hücumçu ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində milli komandanın düşərgəsinə qoşulsa da, səhhətində yaranan kiçik problem səbəbindən iyunun 7-də Hondurasla keçiriləcək matçı buraxacaq.
Bununla belə, Messinin dünya çempionatının qrup mərhələsində Əlcəzair yığmasına qarşı keçiriləcək ilk oyunda meydana çıxacağı bildirilir. Qarşılaşma iyunun 17-nə təyin edilib.
Qeyd edək ki, Lionel Messi Argentina millisinin heyətində dünya çempionatına hazırlıq çərçivəsində məşqlərini davam etdirir.