Messi bu tarixdə futboldan ayrıla bilər

28.09.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi bu ilin sonunda peşəkar futboldan ayrıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Footyheadlines” portalı məlumat yayıb.
Məlumata görə, 39 yaşlı Messi 2026-cı ildən sonra təqaüdə çıxmağı düşünür. Lakin bu, yalnız Messinin nəzərdən keçirdiyi bir variantdır.
Qeyd edək ki, Messi 6-7 oktyabr gecəsi Argentinanın heyətində milli komanda ilə Beninə qarşı vida oyununa çıxacaq.
Xatırladaq ki, Amerikanın “İnter” klubuna keçməzdən əvvəl Messi Fransanın “Pari Sen Jermen” və İspaniyanın “Barselona” klublarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью