Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Amerika Çempionlar Kubokunun final qarşılaşması "İnter Mayami"nin tarixi zəfəri ilə başa çatıb. Rəqibi "Krus Asul"u 2:0 hesabı ilə məğlub edən ABŞ təmsilçisi tarixində ilk dəfə bu mötəbər titula yiyələnib.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmanın qəhrəmanı 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan komandanın kapitanı Lionel Messi olub.
Matçın 24-cü dəqiqəsində Luis Suaresin ötürməsini dəqiq tamamlayan Lionel Messi hesabı açıb. Görüşün 81-ci dəqiqəsində isə Messinin məhsuldar ötürməsindən sonra Kazemiro fərqi iki topa çatdıraraq matçın yekun hesabını müəyyənləşdirib. Bu qələbə ilə "İnter Mayami" öz muzeyinə növbəti tarixi kuboku əlavə edib. pizza