Messi daha bir otel aldı

28.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentinalı futbol ulduzu Lionel Messi İspaniyanın Pireney bölgəsində yerləşən və "Melia Hotels International" şirkətinə məxsus 39 otaqlı Melia Tredos oteli satın alıb.

Satınalma Messinin otel investisiyalarını idarə edən "Edificio Rostower" şirkəti vasitəsilə həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın Lleida əyalətindəki Aran Vadisində yerləşən otel Andorradan təxminən 100 kilometr, Barselonadan isə 300 kilometr məsafədədir.

Dünyanın ən böyük kurort otel şəbəkələrindən biri olan və Qabriel Eskarrerin rəhbərliyi altında olan "Melia Hotels International", əvvəllər 2026-cı ilin birinci rübündə otelin sahibi Parador de Tredosun bütün kapitalını satın almışdı.

Messinin otel investisiyalarını idarə edən "Edificio Rostower" ötən il Melia ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Melia 2025-ci ilin noyabr ayından etibarən altı MiM brendli otelin idarəçiliyini öz üzərinə götürüb. Messinin son alışı idman dünyası ulduzlarının beynəlxalq otel investisiyalarında iştirakını gücləndirmək üçün yeni bir addım kimi qiymətləndirilir.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью