Messi DÇ 2026 da bu göstəricidə hamını qabaqlayır

16.07.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da yaratdığı qol epizodlarının sayına görə bütün rəqiblərini qabaqlayıb.

QOL.az xəbər verir ki, bu barədə "Squawka" nəşri məlumat yayıb. 39 yaşlı hücumçu mundialda indiyədək komanda yoldaşları üçün 8 aşkar qol imkanı yaradıb. Bu göstərici ilə o, turnirin bütün futbolçularını geridə qoyub.

Messinin ən yaxın izləyicisi Fransa millisinin yarımmüdafiəçisi Maykl Olisedir. Onun hesabında 5 aşkar qol imkanı var. Jan Diomande, Coşua Kimmiç, Nunu Mendeş, Roberto Alvarado və Usman Dembele isə hərəyə 4 belə epizod yaradıblar.

Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalına yüksəlib. Lionel Skaloninin komandası iyulun 19-da keçiriləcək həlledici görüşdə İspaniya ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью