Messi DÇ 2026 da iştirak edəcək?

20.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi DÇ-2026-da mümkün iştirakı ilə bağlı sualı cavablandırıb.

QOL.az TN-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu turnirdə komandasına kömək edə bilmək üçün formada qalmağa çalışdığını söyləyib:

“DÇ-2026? 2025-ci il təzə başlayıb. Böyük arzu və həvəslə işləyirəm. Ümid edirəm ki, DÇ-2026-yadək özümü yaxşı hiss edəcəyəm və mövsümöncəsi hazırlığı yaxşı keçirə biləcəyəm ki, rəsmi oyunlar üçün əla formada olum”.

Qeyd edək ki, Messi Argentina millisi ilə son dünya çempionatının qalibi olub. Forvard həmçinin turnirin ən yaxşı futbolçusu seçilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью