Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!

23.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

DÇ-2026-nın qrup mərhələsində 2-ci tur başa çatmaq üzrədi. Lionel Messi bu turnirə fırtına kimi başlayıb.

Əlcəzairlə oyunda het-trik edən Argentina yığmasının superulduzu Avstriyaya qarşı 2-ci oyuna da damğa vurdu. Hərçənd görüş Leo üçün uğurlu başlamadı. DÇ-nin məhsuldarlıq rekordunu yeniləmək üçün 1 qola ehtiyac duyan ünlü futbolçu oyunun əvvəllərində penaltini boşa verdi.
Maraqlıdı ki, Messi tarixdə üç fərqli dünya çempionatında qaçıran ilk futbolçu oldu! Amma o, 38-ci dəqiqədə cinah ötürməsini bir toxunuşla tamamlayaraq həm qələbənin əsasını qoydu, həm də gözlənilən tarixi qolu vurdu. 17-ci qolunu vuran Messi Miroslav Klozeni geridə qoyaraq DÇ tarixinin ən məhsuldar futbolçusuna çevrildi!
Cılız hücumlarla yadda qalan Avstriya heç cür güclü rəqibinin müdafiəsini yara bilmədi. Messi son anlarda yenidən səhnəyə çıxaraq 18-ci qolunu vurdu və rekordu bir qədər də yaxşılaşdırdı. Argentina 2:0-lıq qələbə ilə pley-offu və qrup liderliyini təmin etdi. ''Qızıl top''un 8 qat qalibi mundial çərçivəsində ümumilikdə 18-ci qələbəyə sevindi və bu göstəricidə də Klozeyə məxsus rekordu yenilədi.
Bundan başqa ötən turniri də nəzərə almaqla Messi DÇ-də ardıcıl 6-cı oyunda qol vurdu. O, fransalı Jüst Fonten və braziliyalı Jairzinyodan sonra bunu bacaran cəmi 3-cü futbolçu oldu.
Onu da bildirək ki Messi ardıcıl 6-cı DÇ-də pley-offa vəsiqə qazandı və tarixdə bunu bacaran ilk futbolçu oldu. Argentina onsuz keçirdiyi son mundialda, yəni DÇ-2002-də qrupdan çıxa bilməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью