Messi diskvalifikasiya oluna bilər

22.07.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar Matçında iştirakdan imtina etdiyi üçün cəzalandırıla bilər. 

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri ESPN-ə istinadən məlumat yayıb.

38 yaşlı argentinalı futbolçu sözügedən qarşılaşmadan öncə komandanın məşqinə qatılmayıb. O, MLS turnirində bir oyunluq diskvalifikasiya oluna bilər. 

MLS-in ulduzlarından ibarət komanda 23 iyulda Meksika çempionatının ən yaxşılarından qurulan heyətlə qarşılaşacaq.

Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami"nin heyətinə 29 oyunda 24 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью