Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Argentina millisinin kapitanı Lionel Messi milli komanda karyerasını başa vurduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. O, bu qərarını DÇ-2026-nın finaldan iki gün sonra verdiyini, ancaq atasının vəfatından sonra milli komandadan ayrılmaq qərarından daha da əmin olduğunu bildirib:
“Argentina millisində çıxışımı başa vururam. Bu, mənim üçün çox ağır qərardır, amma artıq zamanı çatıb. Həmişə əlimdən gələnin ən yaxşısını etdim və bütün gücümü bu forma üçün sərf etdim. Milli komandada olmaq mənim üçün həmişə çox sevdiyim bir hiss olub. Artıq verəcək heç nəyim qalmayıb. Üstəlik, bu formanı geyinməyə layiq çox istedadlı gənclər gəlir.
20 il ərzində göstərdiyiniz bütün sevgiyə görə təşəkkür edirəm. Sizi kənardan dəstəkləyəcəyəm. Sizi sevirəm! Məni argentinalı yaratdığı üçün Allaha şükür edirəm. Yaşasın Argentina!”
Xatırladaq ki, 2022-ci ildə dünya çempionu olan Messi iki dəfə Amerika Kubokunun qalibi olub. Səkkiz dəfə “Qızıl top” qazanan argentinalı milli komandanın tarixində ən çox oyun keçirən futbolçudur.