Messi əslən Qafqazlı imiş DETALLAR

24.07.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol tarixinin ən məşhur futbolçularından olan argentinalı Lionel Messinin genetik olaraq Qafqaz kökənli olduğu ortaya çıxıb.

Bu barədə Modern.az-a "Azərbaycan DNT" layihəsinin inzibatçısı, genetik-tədqiqatçı Orxan Xansuvar məlumat verib.

Tədqiqatçının sözlərinə görə, Lionel Messinin Y-DNT analizi nəticəsində onun genetik xətti G2 haploqrupunun G-Z6552 subkladı (G-P15 qolu üzrə) olaraq müəyyən edilib.

Genetik ağacın göstəricilərinə əsasən, bu qol Qafqaz mənşəlidir. DNT bazasındakı statistikaya görə, G-Z6552 subkladının daşıyıcıları ən çox Gürcüstan (98 nəfər), Rusiya Federasiyası (85 nəfər) və Türkiyədə (45 nəfər) qeydə alınıb. 

Qeyd edək ki, Messinin ata tərəfdən ulu babaları Argentinaya İtaliyanın Rekanati bölgəsindən köçüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью