futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Portlend Timbers”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:0.
Qolları Lionel Messi və Herman Berterame vurub.
“İnter Mayami” 14 turdan sonra 28 xalla turnir cədvəlində ikincidir.