Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Argentina millisinin kapitanı Lionel Messi İspaniyaya qarşı keçiriləcək dünya çempionatının final oyununun xüsusi və gərgin mübarizə şəraitində keçəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti futbolçunun açıqlamalarını dərc edib.
Messi rəqib komandanın yüksək səviyyəli oyunçulara və oturuşmuş oyun üslubuna malik olduğunu vurğulayıb.
"Bu, görkəmli oyunçuları və aydın şəkildə formalaşmış oyun tərzi olan əla komandadır. Futbolçuların çoxunu tanıyıram, onlara qarşı oynamışam və çıxışlarını izləyirəm. Xüsusi və çox bərabər oyun olacaq", - deyə o bildirib.
Argentina millisinin finala qədər keçdiyi yolu dəyərləndirən Messi turnirə çoxlu şübhə və tənqidlər fonunda başladıqlarını xatırladıb. Buna baxmayaraq, o, komandasının uğur qazanacağına əvvəldən inandığını qeyd edib.
"Əmin idim ki, ən azı ilk dördlükdə yer alacağıq. Biz bura dünya çempionu kimi gəlmişik, son dörd ildə dünyanın ən yaxşı komandası olmuşuq və bunu yenidən meydanda sübut etdik. Heç kim bizə heç nə hədiyyə etmir və biz yenidən finaldayıq", - deyə Messi vurğulayıb.
Qeyd edək ki, dünya çempionatının final görüşü iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Aminə ŞAHSUVARQIZI