Messi futbol tarixinin ən çox qol ötürməsi edən oyunçusu oldu

30.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Messi futbol tarixinin ən çox qol ötürməsi edən oyunçusu oldu

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi dünya futbolu tarixində yeni rekorda imza atıb. 

QOI.az-ın “TNT Sports”a istinadən yaydəğş məlumata görə, 38 yaşlı  futbolçu karyerası ərzində ən çox qol ötürməsi edən oyunçu olub.

MLS-in pley-off mərhələsinin yarımfinalında Messinin çıxış etdiyi “İnter Mayami” “Nyu-York Siti”ni 5:1 hesabı ilə məğlub edib. Argentina hücumçusu qarşılaşmada bir qol ötürməsi verərək pley-offdakı məhsuldar oyunlar seriyasını 8 matça çatdırıb.

Bu, Messinin karyerasında 405-ci qol ötürməsidir. Bununla da o, əfsanəvi Ferens Puşkaşın (404 assist) dünya rekordunu yeniləyib.

38 yaşlı Messi indiyədək “Barselona”, PSJ və “İnter Mayami”nin heyətində çıxış edib, həmçinin Argentina millisinin lideridir. O, 2022-ci il dünya çempionu, 10 dəfə İspaniya çempionu, 2 dəfə Fransa çempionu, 2 dəfə Amerika Kubokunun qalibi, 2008-ci il Olimpiya çempionu, 4 dəfə Çempionlar Liqasının və 3 dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью