Messi gələcəyi ilə bağlı qərarını AÇIQLADI

13.11.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Argentina millisinin ulduzu Lionel Messinin klub karyerası ilə bağlı qərarı bəlli olub.
Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu “İnter Mayami” ilə müqaviləsi bitənə qədər MLS klubunda qalacaq.
O, 2025-ci ilin sonunadək ABŞ təmsilçisində çıxış etməyə qərar verib. Messi DÇ-2026-ya daha yaxşı hazır olmaq üçün Şimali Amerikada oynamağı zəruri hesab edir.
Qeyd edək ki, Lionel 2023-cü ilin yayında keçdiyi Mayami təmsilçisində 39 matçda 34 qol və 18 assistə imza atıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью