futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İnter”in (Mayami) ulduz hücumçusu Lionel Messinin oktyabrın 26-da keçiriləcək “Qızıl top” mərasimində mükafatı təqdim edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Futbolpress.az xəbər verir ki, məşhur insayder Fabrisio Romano ispaniyalı jurnalist Xuan Xesus tərəfindən ortaya atılan və beynəlxalq mediada sürətlə yayılan bu iddiaları təkzib edib.
Əfsanəvi futbolçuya belə bir dəvətin göndərilmədiyini vurğulayan Romano sosial şəbəkə hesabında bu sözləri qeyd edib:
“Bu xəbər tamamilə feykdir. Lionel Messiyə hər hansı mükafatı təqdim etməsi üçün heç bir rəsmi dəvət ünvanlanmayıb. Üstəlik, onun oktyabrın 26-da Londonda təşkil olunacaq mərasimdə ümumiyyətlə iştirak edib-etməyəcəyi də hələ ki rəsmiləşməyib”.
Karyerası ərzində 8 dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023) “Qızıl top”a yiyələnərək mütləq rekord müəyyənləşdirən 39 yaşlı hücumçu hazırda MLS təmsilçisi “İnter”in şərəfini qoruyur. Təcrübəli forvard cari mövsümdə keçirdiyi 25 rəsmi matçda 23 dəfə fərqlənməyi bacarıb.