Messi həmləsi baş tutmayan Qalatasaray üzünü Premyer Liqaya çevirib | Icma.az
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lionel Messi üçün transfer həmləsi uğursuz olan "Qalatasaray" bu dəfə üzünü Premyer Liqaya çevirdi.
Onlar hazırda "Liverpul"dan çıxmaq ehtimalı yüksək olan Məhəmməd Salahı hədəfə alıb.
İstanbul təmsilçisi hücumun sağ cinahı üçün onu əsas hədəf olaraq görür.
Klubun Misirli futbolçuya hər mövsüm üçün 15–16,5 milyon funt sterlinq dəyərində müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Hazırda Salah “Liverpul” klubundan hər mövsümdə 20 milyon funt sterlinqdən çox maaş alır.
Bu səbəbdən Qalatasarayın təklifinin futbolçunu razı salıb-salmayacağı hələlik məlum deyil.
Offsideplus.az Share Tweet Email Share Share Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu