Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi 2022-ci ildə qazandıqları d
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkələrində yazıb: "Dekabr ayını və Milad bayramlarını sevirəm.
2 il bundan öncə ilin bu ayı xoşagəlməz ola bilərdi. Amma nəticədə idman karyeramın ən gözəl ayı oldu.
İndi isə hər dekabr bunu xatırlayıram... Hər kəsi 2-ci ildönüm münasibətilə təbrik edirəm".
Xatırladaq ki, 2022-ci il dekabrın 18-də Argentina millisi dünya çempionatının finalında Fransanı məğlub edib.
Oyunun əsas və əlavə vaxtları 3:3 hesablı heç-heçə ilə bitdiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.
Argentina millisi 4:3 hesabı ilə qalib gəlib və dünya çempionu olub. Messi həlledici görüşdə iki qol vurub.
Həmin dünya çempionatı Argentina milli komandasının tarixində üçüncü, lakin Messinin karyerasında ilk idi.