Icma.az, Idman.biz saytına istinadən bildirir. Hondurasda ABŞ-nin "İnter Mayami" klubu ilə yerli "Olimpia" arasında yoldaşlıq oyunu keçirili
İdman.biz xəbər verir ki, qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 27-ci dəqiqədə Luis Suaresin ötürməsi ilə Lionel Messi açıb. Uruqvaylı özü də ikinci hissənin əvvəlində fərqlənib.
Digər qolları Federiko Redondo Solari, Noa Allen və Rayan Seylor vurublar.
Qeyd edək ki, “İnter Mayami” ilk rəsmi oyununu fevralın 19-da CONCACAF Çempionlar Liqası çərçivəsində “Sportinq Kanzas Siti” ilə keçirəcək.
Messinin komandasının MLS-in yeni mövsümündə ilk matçı isə fevralın 22-də "Nyu York Siti"yə qarşı olacaq.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.