Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, komanda mövsümün son oyununda səfərdə “Neşvill“lə qarşılaşıb. 7 qolun vurulduğu matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 5:2
Messi bu görüşdə het-trik edib. Bununla da o, 29 qolla çempionatın bombardiri adını qazanıb.
“İnter Mayami” müntəzəm mövsümü 65 xalla üçüncü sırada bitirərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Komanda bu raundda yenidən "Neşvilla" ilə qarşılaşacaq. Seriya iki qələbəyədək davam edəcək, ilk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.