Messi het trik etdi, özü bombardir oldu, komandası çempionatı üçüncü yerdə tamamladı

19.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

MLS müntəzəm çempionatının növbəti turu çərçivəsində "Neşvill" doğma meydanda "İnter Mayami"ni qəbul edib.

Oxu.Az xəbər verir ki, "QEODİS Park" stadionundan keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:5.

"İnter Mayami"nin heyətində Lionel Messi het-trik edib. O, görüşdə bir məhsuldar ötürmə ilə də yadda qalıb. Argentinalı bununla da çempionatın müntəzəm mövsümünün bombardiri olub.

Qeyd edək ki, bu, MLS-nin son turu olub. Onun nəticəsinə əsasən, "İnter Mayami" Şərq Konfransında 65 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutub.

Messi het-trik etdi, özü bombardir oldu, komandası çempionatı üçüncü yerdə tamamladı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью