Messi Hindistanda VİDEO

13.12.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi çoxdan gözlənilən turuna start vermək üçün Hindistanın Kolkata şəhərinə gəlib.

Milli.az xəbər verir ki, onunla birlikdə ABŞ təmsilçisindən komanda yoldaşları və dostları Luis Suares və Rodriqo De Paul da səfərdə iştirak edir.

Futbol əfsanəsi azarkeşlər tərəfindən əsl əfsanəyə layiq şəkildə qarşılanıb. Hava limanına səkkizqat "Qızıl top" sahibini görmək üçün on minlərlə insan toplaşıb.

Messi göründüyü anda izdiham coşub və hamı bir ağızdan onun adını səsləndirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью